Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır

ABŞ İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır

ABŞ orudusu hücuma hazırlaşır (09 Mart 2017 15:16)
İŞİD qəfil hücuma keçdi - Şiddətli döyüşlər gedir (21 Fevral 2017 17:23)
Döyüşlər başlandı: Türkiyə ordusu hücuma keçdi - FOTO (11 Fevral 2017 17:38)

Tarix: 26 Oktyabr 2016 11:05

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter deyib.

"Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün zəmin yaratmağa başlamışıq", - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmağın hələ tez olduğunu bildirib: "Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir", - deyə o qeyd edib.

Milli.Az


Teqlər:  ABŞ İŞİD-in paytaxtına hücuma hazırlaşır



RƏYLƏR


Top xəbərlər