PKK ilə FETÖ əlbir imiş: "İnsanlar öləcək, amma..." - FOTO

PKK ilə FETÖ əlbir imiş: "İnsanlar öləcək, amma..." - FOTO
11:05 26 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Onikişubat mahalındakı evdə yastıq döyüşü edən tələbələrin əlindən alt mərtəbənin balkonuna düşən yastıq "FETÖ"nün hazırlıq kurslarına nəzarət edən idarə rəisi Mustafa Tatlı da daxil olmaqla 4 nəfərin saxlanılmasına səbəb olub.

Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, Mustafa Tatlının saxlanılarkən mobil telefonunu pəncərədən yerə atmaq istəməsi polisləri şübhələndirib. Onlar telefonu yoxlayarkən gizli mesajlaşma tətbiqinin olduğunu görüblər.

Mustafanın mobil telefonundakı  "Özləm" və "Zəfər" adları ilə şifrələnmiş 2 təşkilat üzvünün yazışmaları PKK ilə FETÖ arasında qanlı iş birliyinin olduğunu ortaya çıxarıb.

Məlum olub ki, FETÖ-çülər cənub-şərqdə baş verən terrorlardan əvvəlcədən xəbərdar olublar.

Özləm adlı təşkilat üzvünün "İnsanlar öləcək, amma zərrə qədər yazığım gəlmir" sözləri isə onların iç üzünü açıb.

Milli.Az "Milliyet"ə istinadla onlar arasındakı mesajarı təqdim edir:

Zəfər: Bu həftə təxminən 6 kürd kanalı bağlanıb. Başa düşürsən?
Özləm: Anladım, anladım. Bu o deməkdir ki, savaşa az qalıb.
Zəfər: Yəni ki, müxalif kanal qalmayıb. Daha ciddi məsələ var. Onu deyə bilmərəm. Əgər o baş versə, ərzaqlarınızı da alıb evlərinizdə gizlənin və evdən çıxmayın. 

Özləm: Xeyirli olsun. Tarixi bilirsən?
Zəfər: Dəqiq tarix bilinmir, amma tezliklə baş verəcək.
Özləm: Çox yaxşı.
Zəfər: Çox yaxşımı? İnsanlar öləcək, hocam?
Özləm: Başqa çarə yoxdur.
Zəfər: Mənim Urfada, Mardində qohumlarım var.
Özləm: Allahın lütfü ilə içəridəkilər qorunacaq. Mənim də Urfada xalam var.
Zəfər: Mərkəzdə?
Özləm: Bəli. Onsuzda bir yolla bu olacaq. Mənim onlara zərrə qədər yazığım gəlmir.
Zəfər: Haqlısınız. Amma yenə də vicdan....
Özləm:Vallah, vicdansızam. İnsanın ürəyi ağrıyanda belə olur.
Zəfər: Hocam, əmin olun, məndə də vicdan qalmayıb.

Bəxtiyar Umarlı
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR