Amerikalı yazıçı ilk dəfə Buker mükafatı qazanıb

Amerikalı yazıçı ilk dəfə Buker mükafatı qazanıb
11:07 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Amerikalı yazıçı Pol Bitti "Satış" romanına görə Buker mükafatı qazanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, o, Buker mükafatı əldə edən ilk ABŞ yazıçısı olub.
"Satış" - Los Ancelesin ətrafındakı şəhərlərdən birində seqreqasiya və köləliyi qaytarmağa çalışan qaradərili gəncin satirik hekayəsidir.
Münsiflər heyətinin sədri Amanda Forman kitabın bütün sosial qadağaları pozduğunu bildirib. Onun sözlərinə görə, münsiflərə qərar vermək üçün dörd saat vaxt lazım gəlib.
Qeyd edək ki, P.Bitti 1962-ci ildə Los-Ancelesdə anadan olub. "Satış" onun dördüncü romanıdır. Kitab ABŞ-da artıq bir neçə mükafat qazanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/amerikali-yazici-ilk-defe-buker-mukafati-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR