Mövsümün ən intizamsız komandası – “Neftçi”

Mövsümün ən intizamsız komandası –  “Neftçi”
11:17 26 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+


Topaz Premyer Liqasının geridə qalan 9 turu ərzində 3 komanda meydanda azlıqda qalıb. Fanat.Az xəbər verir ki, bunlar “Neftçi”, AZAL və “Qəbələ” klublarıdır.


“Qarabağ”, “İnter”, “Zirə”, “Kəpəz” və “Sumqayıt”ın heç bir futbolçusu qırmızı vərəqə görmədiyi halda, “Neftçi” futbolçuları cari mövsüm üçün rekord sayda – 3 dəfə referinin sərt qərarı ilə üzləşiblər.


“Qəbələ”də “qırmızı” görə oyunçu Sadiq Quliyevdir. Gənc müdafiəçi sonuncu – IX turda “Sumqayıt”la görüşün 90+3-cü dəqiqəsində penaltiyə səbəb olmaqla yanaşı, 2-ci dəfə “sarı” alıb, meydanı tərk etdi.


AZAL-ı azlıqdan qoyan Ruslan Nəsirlidir. O, “Neftçi” ilə mövsümün açılış matçında rəqib futbolçunu vurduğuna görə birbaşa qırmızı vərəqə ilə üzləşib.


Cari mövsümdə ən çox azlıqda komandaya - “Neftçi”yə gəlincə, “ağ-qaralar”ın heyətində 3 futbolçu meydandan qovulub: Jayro Rodrigez, Rahil Məmmədov və Katalin Tira.


I turun AZAL-a səfər matçında Jayro 2 sarı vərəqə aldığı üçün meydanı tərk etməli olmuşdu ki, bu da normal qəbul edilə bilər. Lakin nəzərə alaq ki, mərkəz müdafiəçisi olan braziliyalının matçın 36-cı dəqiqəsində (ilk sarı 23-cü dəqiqə) 2-ci dəfə hakimi əlini cibinə atmağa sövq edən qayda pozuntusuna yol verməsi tez-tez rastlaşdığımız hal deyil.


Elə VIII turda “Neftçi”nin “Zirə”yə 0:2 hesabı ilə uduzduğu matçda Rahil Məmmədovun 47-ci dəqiqədə 2-ci “sarı”dan sonra qovulması da komandada nizam-intizamın çox aşağı səviyyədə olması işarədir. 


Katalin Tiranın dünən “Qarabağ”la oyunda etdiyi isə pik nöqtəsidir. Rumıniyalı forvard 90+2-ci də meydançaya daxil olan azarkeşi vurduğuna görə, qırmızı vərəqə gördü. Təbii ki, bu durumda azarkeşə haqq qazandırmaq olmaz. Lakin futbolçunun azarkeşə əl qaldırması dünya futbolunda nadir hallarda baş verir. Və bu hal, klubun adına böyük ləkədir. Ancaq bu durumlarda yalnız futbolçunu hədəf seçmək də düzgün deyil.


İndiki halda əsas məsuliyyət klubun – “Neftçi”nin üzərinə düşür. Qırmızı vərəqə sayının rekord həddə olması nizam-intizamın aşağı səviyyədə olmasından, Tiranın azarkeşi vurması isə klubdakı dərəbəyilikdən xəbər verir.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-movsumun-n-intizamsz-komandas-t53646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR