Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunda tikinti işləri yekunlaşır

Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunda tikinti işləri yekunlaşır

Date: 26 October 2016 11:17

Bakı. 26 oktyabr. REPORT.AZ/ Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, 1970-ci illərdə salınan və istismar müddəti bitən avtomobil yolunun tikintisi ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. 
Sözügedən 37,1 km uzunluğunda olan Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28,3 km-lik hissəsində tikinti işləri artıq yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8,8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.
Avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burada 3,5 metr enində iki hərəkət zolağından ibarət olan yolun hərəkət hissəsinin eni 7 metr, 0,5 metr bərkidici zolaq da daxil hər bir istiqamət üzrə çiyinlərin eni 2,5 metr təşkil edir. Ümumilikdə yol yatağının eni 12 metrdir.
Layihəyə uyğun olaraq sözügedən 8,8 km-lik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə yolun 8,8 km-lik hissəsinə 61 min kv.m asfalt-beton örtük döşənəcək.
Tikinti işləri çərçivəsində yolun 37-ci km-də, Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. Bir aşırımlı körpünün uzunluğu 12 m-dir. Bundan başqa, mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.
Qeyd edək ki, bu avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir.







Tags:  Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunda tikinti işləri yekunlaşır

RƏYLƏR


Top news