XƏBƏRİNİZ OLSUN: Kompüterlər təhlükədə!

XƏBƏRİNİZ OLSUN: Kompüterlər təhlükədə!
11:22 26 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Microsoft" Korporasiyası oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış "Windows" istifadəçilərinin kompüter sistemlərində qış vaxtına keçidin ləğvi ilə bağlı uyğunsuzluğun olmayacağını elan edib.

Milli.Az report-a istinadən bildirir ki, bu il mayın 10-da "Microsoft" tərəfindən Azərbaycan ərazisində "Windows" əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmənin ("Windows Update") istifadəyə verilməsi sayəsində lisenziyalaşdırılan "Windows" istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.
Korporasiya Azərbaycan ərazisində xüsusi "Windows Update" istifadəyə verib. Yenilənmədən "Windows"un bütün lisenziyalaşdırılan versiyalarından istifadə edənlər mayın 10-dan ölkə ərazisində yararlana bilərlər.
Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də "Windows" yeniləmələri xidmətini söndürən istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay-qış vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək. Bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Azərbaycan hər ilin mart və oktyabr aylarının sonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Nazirlər Kabinetinin 17 mart tarixli 131 saylı qərarına əsasən, bu ilin martın 27-də ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlməsinə səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR