Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müstəntiq barəsində xüsusi qərar qəbul edildi - MƏHKƏMƏDƏ

Müstəntiq barəsində xüsusi qərar qəbul edildi - MƏHKƏMƏDƏ

Date: 26 October 2016 11:24

Dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Nüşabə Baxışovanın vəkili Elman Ağayev vəsatətlə çıxış edib. O, cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini deyərək, işin icraatının dayandırılması və prokurorluğa qaytarılmasını istəyib. Vəsatət təmin edilib. İş istintaqa qaytarılıb, həmçinin kobud qanun pozuntusuna yol verdiyi üçün müstəntiq barəsində xüsusi qərar qəbul edib.

 

Qeyd edək ki, Nüşabə Baxışova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. İttihama əsasən, Nüşabə Baxışova özünü vəkil kimi təqdim edib və bir qrup vətəndaşın işini məhkəmələrdə həll edilməsi barədə vəd verib. O 16 vətəndaşın ümumilikdə 180 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. 


Tags:  Müstəntiq barəsində xüsusi qərar qəbul edildi MƏHKƏMƏDƏ


RƏYLƏR


Top news