Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Argentina və Uruqvay 2030-cu il dünya çempionatının birgə təşkil etmək istədiklərini bəyan edib

Argentina və Uruqvay 2030-cu il dünya çempionatının birgə təşkil etmək istədiklərini bəyan edib

Date: 26 October 2016 11:27

Bakı. 26 oktyabr. REPORT.AZ/ Argentina və Uruqvay yığmaları 2030-cu il dünya çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcək. "Report"un məlumatına görə, hər iki ölkə belə bir planlarının olduğunu təsdiqləyib.
Argentina prezidenti Maurisio Makri qonşu ölkə ilə birgə işləmək arzusunda olduqlarını açıqlayıb. Buenos-Ayresdə keçirilən birgə mətbuat konfransında onun uruqvaylı həmkarı Tabare Vaskes də belə bir niyyətlə çıxış edib.
Qarşıdakı dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. 2022-ci il Mundialını Qətər qəbul edəcək. 2026-cı ildə çempionata Şimali Amerika - ya ABŞ, ya da bu ölkə ilə Kanada müştərək ev sahibliyi edəcək.

Tags:  Argentina Uruqvay 2030-cu il dünya çempionatının birgə təşkil etmək istədiklərini bəyan edib


RƏYLƏR


Top news