Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən vəkilin cinayət işinin icraatı dayandırılıb

Dələduzluqda təqsirləndirilən vəkilin cinayət işinin icraatı dayandırılıb

Date: 26 October 2016 11:27

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında N.Baxışovanın vəkili Elaman Babayeva vəsatət verib.
O, cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini bildirib: "İstintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb və onun müdafiə hüququ pozulub".
Məhkəmə işin icraatının dayandırılması və prokurorluğa qaytarılması barədə qərar qəbul edilib. Bundan başqa, müstəntiq kobud qanun pozuntusuna yol verdiyi üçün məhkəmə onun barəsində xüsusi qərar qəbul edib.
Qeyd edək ki, N.Baxışova Sumqayıtda 16 nəfər şəxsə qarşı ümumilikdə 180 min manat dəyərində dələduzluq edib. Belə ki, o, özünü vəkil kimi təqdim edib və həmin şəxslərin işini məhkəmələrdə həll edilməsi barədə vədlər verib. Lakin N.Baxışova vədinə əməl etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Tags:  Dələduzluqda təqsirləndirilən vəkilin cinayət işinin icraatı dayandırılıb

RƏYLƏR


Top news