Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

Date: 26 October 2016 11:32

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 28-də Ağsu rayonunda vətəndaşları qəbul edəcək. 
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Ağsu, Şamaxı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 174) keçiriləcək.
Qeyd edək ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Tags:  Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

RƏYLƏR


Top news