Bu nə ÖZBAŞINALIQdır? - Kral öldü, çempionat dayandırıldı və...

Bu nə ÖZBAŞINALIQdır? - Kral öldü, çempionat dayandırıldı və...
11:43 26 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Dünya futbolunda qeyri-adi hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Tailand çempionatı vaxtından əvvəl başa çatdırılıb. Buna ölkənin kralı Pumipon Adulyadetin ölümü səbəb olub. Belə ki, onun dünyasını dəyişməsindən sonra çempionatın son turlarını təxirə salan ölkə rəhbərliyi yarışı davam etdirməməyi məqsədəuyğun sayıb.

Sona 5 tur qalmış lider olan “Muanqtonq Yunayted” çempion elan edilib. Bu komanda “Banqkok Yunayted”dən 5 xal qabaqda idi.

FİFA-nın bu məsələnin rəsmiləşməsinə müdaxilə edəcəyi gözlənilir. Çünki qurum dövlətin futbol federasiyasının işinə qarışmasını qəbul etmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR