“Neftçi” Katalin Tiraya təzminat ödəyəcək?

“Neftçi” Katalin Tiraya təzminat ödəyəcək?
11:47 26 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+


Topaz Premyer Liqasının sonuncu – IX turu “Neftçi” klubu üçün daha üzücü oldu. Fanat.Az xəbər verir ki, mövsümə uğursuz başlayan, rəhbərlikdə və məşqçi heyətində dəyişikliklərə əl atan, atdığı absurd addımları ilə qınaq obyektinə çevrilən paytaxt klubu dünən ikiqat zərbə aldı.


Belə ki, “Neftçi” həm əzəli rəqibi olan “Qarabağ”a növbəti dəfə uduzdu (0:2), həm də komandanın rumıniyalı futbolçusu Katalin Tira meydanda daxil olan azarkeşə əl qaldırdı.


Oyundan sonra təşkil edilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bəyan etdi ki, Tira qovulacaq! 


Futbolçu isə matçdan sonra şəxsi “facebook” hesabında bunları yazıb: “Etdiyim hərəkətə görə üzr istəyirəm. Fikrim yalnız komanda yoldaşlarımı müdafiə etmək idi. Elə bildim ki, o, “Qarabağ” azarkeşidir. Öz fanatımız olduğunu düşünmədim”.


Ümid edirik ki, “Neftçi” üzrü hərəkətindən ayıb olan futbolçusuna qapını göstərəcək və  Elxan bəyin söylədiyi söz havada qalmayacaq...


Bəs, görəsən, qol vurmaq əvəzində azarkeş vuran rumıniyalı futbolçu qovulacağı halda, “Neftçi” ona təzminat ödəmək məcburiyyətində qalmayacaq ki? Bu, sualla Peşəkar Futbol Liqasının Texniki İdman  Şöbəsinin rəisi Zamiq Hüseynova müraciət etdik.


Zamiq bəy bu kimi halların futbolçu ilə bağlanılan Əmək müqaviləsi və klubun daxili intizam qaydalarına uyğun tənzimləndiyini söylədi: “Futbolçularla bağlanan müqavilənin “işçinin vəzifələri” bölümündə qeyd olunur ki, işçi (futbolçu) azarkeşlərlə və kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri zamanı işəgötürənin işgüzar nüfuzunu qorumalıdır.  Əgər futbolçu azarkeşi vurursa, bu bənd əsas verir ki, klub birtərəfli qaydada müqaviləyə xitam versin. Həmçinin bu halda futbolçuya təzminat ödənilmir. Çünki o, öz öhdəliyini yerinə yetirməmiş, pozmuşdur”. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-katalin-tiraya-tzminat-odyck-t53647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR