Bakıda xəstəxananın həyətində meyit tapılıb.
Milli.Az bildirir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyidi aşkarlanıb.
Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində meyidi tapılan şəxsin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Cəbiyev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az