ABŞ-ın kəşfiyyat şefi Putinin planını açıqladı

ABŞ-ın kəşfiyyat şefi Putinin planını açıqladı
11:53 26 Oktyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya prezidenti Vladimir Putinin xarici siyasəti Rusiyanın böyük dövlət kimi qəbul edilməsinə hesablanıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlə Nyu-Yorkda Beynəlxalq Münasibətlər üzrə Şuranın konfransında ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms çıxış edib.

“Putin Rusiyanı böyük dövlət kimi görür. Rusiya lideri üçün fövqəladə dərəcədə əhəmiyyətlidir ki, onun ölkəsinə hörmət etsinlər və Rusiya ABŞ-la bərabər səviyyəli dünya dövlətinə çevrilsin”, - Klepper bildirib.

O, Moskva və Vaşinqtonun münasibətlərini “çox pis” şəkildə qiymətləndirib: “Münasibətlər çox pisdir. Bizdə fikir ayrılıqları çoxdur. Məsələn, Suriya və Ukrayna məsələləri üzrə”.

Klepper eyni zamanda, etiraf edib ki, Rusiya beynəlxalq səhnədə əsas ölkələrdən biridir. O, beynəlxalq münasibətlərin “soyuq müharibə” dövründəki ikiqütblü sistemdən çoxqütblü sistemə keçdiyini bildirib və əlavə edib ki, bu tarixi prosesə təsir etmək mümkün deyil.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR