ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır"

ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır"
11:57 26 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

"Əvvələr bu kürsüdən "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - "Report") silah-sursat vermədiyimizi və PKK-nı terrorçu təşkilat kimi tanıdığımızı dəfələrlə bəyan etmişəm və yenə də bəyan edirəm".

Milli.Az report-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyənin baş naziri Binəli Yıldırımın "ABŞ-ın "YPG"yə verdiyi silahdan PKK istifadə edir" açıqlamasına münasibət bildirərkən deyib.

Məlumata görə, ABŞ-ın digər rəsmi təmsilçisi, prezident Barak Obamanın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makkurk da PKK-nı terrorçu qruplaşma olaraq tanıdıqlarını söyləyib: "PKK terror qruplaşmasıdır və Türkiyə ilə İraqın şimalındakı kürd muxtar hökumətini təhdid edir. Bu problem muxtariyyətlə İraq mərkəzi hökuməti arasında həll edilməlidir".
Xüsusi nümayəndə Mosulda İŞİD-ə qarşı mübarizənin çətin olacağını və bir müddət davam edəcəyini də bildirib.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, terrorçu PKK-dan müsadirə etdiyimiz silahlar ABŞ-ın "YPG"yə verdiyi silahlar olduğunu müəyyənləşdirmişik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR