Azərbaycanda dövlət və bələdiyyə xəstəxanaları pullu olacaq

Azərbaycanda dövlət və bələdiyyə xəstəxanaları pullu olacaq
11:59 26 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Poliklinikalar pullu xidmət göstərə biləcək (23 May 2017 14:47)
Poliklinikalar pullu xidmət göstərə biləcək (23 May 2017 14:29)
70-dək dövlət xəstəxanası pullu xidmət göstərə bilər (03 May 2017 17:22)

 

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.  

 

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.

 

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ var. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilir. Yetkinlik yaşına çatmayanların peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var.  Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları var.

 

Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları var. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna malikdir. Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52

Orqanizmin yod tələbatı

29 May 2017 23:52

Bu əriklər sağlamlıq üçün təhlükəlidir

29 May 2017 23:52

Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib

29 May 2017 23:47

Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ

29 May 2017 23:47

Çoban ürək tutmasından ölüb

29 May 2017 23:42

Doğuş ağrılarını azaldan ORİJİNAL ÜSUL

29 May 2017 23:42

Valideynlərin boşanması uşaqların sağlamlığını korlayır

29 May 2017 23:37

Qazaxda çoban ürək tutmasından öldü

29 May 2017 23:34

Daha heç kim qızları zorlaya bilməyəcək - MÜDHİŞ İXTİRA

29 May 2017 23:32

XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz

29 May 2017 23:32

VALİDEYNLƏRƏ ÇAĞIRIŞ: Uşaqlarınızı açıq havaya çıxarın

29 May 2017 23:32

Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

29 May 2017 23:32

Kaliforniya ştat qanunvericiləri

29 May 2017 23:28

Yastı qarın üçün 8 TÖVSİYƏ - idmansız və pəhrizsiz!

29 May 2017 23:27

2000-ci illərə damğa vuran məşhur serialın balaca qəhrəmanını TANIMAYACAQSIZ - FOTO

29 May 2017 23:27

Dibçəkdə çətənə bitkisi əkən şəxs tutuldu - FOTOLAR

29 May 2017 23:23

Britaniyada pələng zoopark əməkdaşını parçalayıb

29 May 2017 23:22

Dünyanın ən qəribə ölümləri - FOTO

29 May 2017 23:17

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTO

29 May 2017 23:17

Bella qəribə geyimi ilə diqqət çəkdi - FOTO

29 May 2017 23:12

64 yaşlı kişi ağacdan yıxılaraq xəsarət aldı - Balakəndə

29 May 2017 23:09

Dəhşətə gələcəyiniz 15 TARİXİ FAKT - FOTOLAR

29 May 2017 23:08

Ramazan ayının dördüncü gününün duası -

29 May 2017 23:08

Dəridəki qırışları açan MÖCÜZƏVİ MASKA

29 May 2017 23:05

Belə parıltılı paltarlar dəbdədir - FOTO

29 May 2017 23:05

24 yaşlı qız zəhərlənib

29 May 2017 22:57

Xırdalanda mənzildə yanğın baş verib

29 May 2017 22:56

Kosmetik bitki yağlarının QORXUNC FƏSADLARI - XƏBƏRDARLIQ

29 May 2017 22:52

Ağcabədidə qadın zəhərləndi

29 May 2017 22:49

Cocuq Mərcanlıda 1200-dən çox qəlpə aşkarlandı

29 May 2017 22:48

Dodon Rusiya diplomatlarının qovulmasını pisləyib

29 May 2017 22:47

Dörd günə tikilmiş MÖHTƏŞƏM VİLLA - FOTO

29 May 2017 22:42

"Barselona"ya yeni baş məşqçi təyin olunub

29 May 2017 22:42

Aydın Xırdalanlı tanınmaz hala düşməsinin səbəbini AÇIQLADI

29 May 2017 22:37

Xırdalanda ev yanıb

29 May 2017 22:36