Mətbuat xidmətinin rəhbəri Nazirlər Kabinetini tənqid etdi

Mətbuat xidmətinin rəhbəri Nazirlər Kabinetini tənqid etdi
12:03 26 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İblis nədir? Cümlə xəyanətlərə bais.

Ya hər kəsə xain olan insan nədir? İblis.

Bu gün bu fikirləriun müəllifinin – Hüseyn Cavidin doğum günüdür. Əgər ANS-də, “Xəbərçi”də olsaydım, mütləq axşam 21 buraxılışında, ən pis halda 18 buraxılışında 2 dəqiqəlik bir reportajım olacaqdı. Və çalışacaqdım ki, Cavid böyüklüyünü 2 dəqiqənin kiçikliyinə maksimum sığışdıra bilim. Amma bu gün nə ANS var, nə də mən Xəbərçi qismindəyəm. Hüseyn Cavid isə var və əsrlər boyu da olacaq. Nə yazıqlar ki, onun ruhunu şad edəcək bir reportaj, bir yazı həsrətindəyik. Əslində bu yazını Cavid haqda, onun yaradıcılığı haqda yazmaq istəyirdim. Sonra düşündüm ki, Cavidin yazdıqlarını oxumayanlar mənim Cavid haqqında yazdıqlarımı oxuyacaqlar? Əlbəttə yox. Ona görə fikrimdən daşındım və Cavidə bir məktub yazım dedim. Çünki, bu gün cəmiyyətimizdə baş verənlərin məhz Cavid qələminə ciddi ehtiyacı var. Beləliklə

Salam Cavid əmi

handler

Əvvəlcə istədim ki, sizə rəsmi müraciət edim. Baxdım, soyadınız Rasizadədir. Dedim, başa düşməzlər, novruzəlilər məktubu aparıb atar Nazirlər Kabinetinə, gəl indi cavabını gözlə, görək gəlib çıxırmı? Əhvalınızı soruşmayacam. Çünki, əsl dincliyi orada- Allahın dərgahında tapdığınızdan əminəm. Amma öz əhvalımızdan sizə xəbər verəcəm, Çünki, “vəzifəm budur, əşari yazım”.

Bu gün sizin doğum gününüzdə hava əsl qış havasıdır. Əlbəttə, Sibir buzlaqlarında-uzaq Maqadanda sürgün həyatı yaşayan sizi bu hava qorxutmaz, bizi isə qorxudur. Çünki, yağış yağanda bura Maqadandan da betər olur. Batıb qalırıq, üzə bilmirik, dözə bilmirik. Birtəhər özümüzü atırıq evə, istəyirik islanan əyin-başımızı qurudaq, bir udum çay içək, baxırıq ki, qaz gəlmir. Yox, qazımız var, hətta başqa ölkələrə də ixrac edirik, sadəcə evimizdə yoxdur. Amma məsləhət verənlərimiz var. Deyirlər ki, qazın xodunu az edin, pəncərəni açıq qoymayın. Biz də eyni cür edir və xəyal edirik ki, bir gün qaz gələcək. Eynən sizin şerinizdəki kimi.

Xəyal. Əvət, yaşadan yalnız əhli-halı odur

Yaşarsa bir könül az-çox xəyal içində yaşar!

Əlbəttə, bir ədib, dramaturq kimi adi məişət məsələləri sizi o qədər də ilgiləndirməz. Sizi daha çox təhsil, mədəniyyət, ədəbiyyat maraqlandarar.Sizin oxuduğunuz məktəbi-tərbiyə Sizi yetişdirdi, bizim oxuduğumuz məktəblər kimi yetişdirir, onu görmək lazım! Hər halda gülbaharları yetişdirmir! BU günün gülbaharları “ inciləri, altun bilərzikləri” bilik və s. kimi digər zinətlərdən üstün tuturlar. Bəlkə də evdə valideynləri, məktəbdə müəllimləri bunu təlqin edir, bilmirəm. Amma istənilən halda, bizdə məktəbi-tərbiyə sarıdan vəziyyət ciddidir. O gün 9-cu sinifdə oxuyan oğlumla 30-cu illər ədəbiyyatından danışırıq. Daha doğrusu, mən ondan dərsini danışmağı tələb edirəm. O isə lal kimi susur, sanki dilini udub. Soruşuram niyə? Deyir ki, müəllim məni lövhəyə çıxardıb dərsi danışdırsa, dərs qurtarar ki?! Sən sual ver, mən cavab verim. Siz dərs danışdıra-danışdıra natiqlər yetişdirirdiz, Müəllim. İndi lal-dinməzlər, fikrini ifadə edə bilməyənlər ordusu yetişir! Aydınlar azalır, cahillər artır. Ona görə hər gün qəzetlər Azərbaycanda bir dəhşətli cinayətdən, bir ağır qətldən xəbər verir. Açığı bu gün məni Sizə məktub yazmağa vadar edən səbəb həm də bu idi. Səhər açdım saytlardan birini, gördüm ər 23 yaşlı arvadının başını kəsib. Dünən facebookda Mark mənə xatırlatdı ki, iki il əvvəl mən Xətai rayonunda bacısının başını kəsən 19 yaşlı qızı prokurorluq işçiləri necə aparırlar, onu çəkmişəm. Sizə, nə facebook adı tanış gəlir. nə də Markı tanıyırsız. Amma bu mövzular çox tanışdır Sizə Cavid əmi. Siz Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifisiz!Ailə-məişət problemindən qaynaqlanan onlarla mövzu sizin qələminizdə ən mükəmməl əsər adı qazanıb və bu günümüzə qədər gəlib çıxıb. “Maral”, “Siyavuş”, “Şeyx Sənan”, “İblis”! Siz qaldırdığınız problem “İnsan insana qurddur! fəlsəfəsi bu gün də aktualdır, yəqin ki, dünya durduqca da aktual qalacaq.

Ədəbiyyatımıza gəlincə, qocalar və gənclər qarşıdurması hələ də davam edir. Yəqin sizin vaxtınızda da belə olub. Nəticə etibarilə oxumağa düz-əməlli heç nə tapmırıq. Ruhumuzu silkələyən bir iki şer nümunələri var. Biz bəyənirik, bilmirəm siz bəyənərsizmi? Musiqimizdə də Üzeyir fırtlnası əsir. Yox, sizin tanıdığınız Hacıbəyli deyil. O dünyanı silkəliyirdi, “Arşın mal alan”, ” O olmasın, bu olsun” u yazırdı. Bu isə gənc Üzeyirdir. Gənclər birmənalı onu sevir və o olmasın, bu olsun deyir. Ehhh.. Kaş, bircə saatlığa bu dünyaya qonaq gələydiniz, Cavid əmi…

Ləman Ələşrəfqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR