Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı - "Neftçi"dən rüsvayçı addım

Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı -  "Neftçi"dən rüsvayçı addım

Date: 26 October 2016 12:07

“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduğu oyunun sonlarında azarkeşi vuran Tiranı məşqlərdən kənarlaşdırıb.

 

"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.


Qeyd edək ki, oyundan sonra təşkil edilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev rumıniyalı futbolçunun klubdan qovulacağını bəyan edib.


Fanat.Az



Tags:  Tira klubda qaldı məşqlərdən kənarlaşdırdı Neftçidən rüsvayçı addım

RƏYLƏR


Top news