Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub

Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub
12:07 26 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, artıq hüquq-mühafizə orqanları həmin polislərin 81-ni saxlayıb.  
Məlumata görə, əməliyyat oktyabrın 26-da səhər saatlarında keçirilib.
Türkiyənin NTV telekanalının xəbərinə görə, İzmirdə və ölkənin daha 11 əyalətində FETÖ-yə qarşı xüsusi əməliyyat keçirilib və xeyli sayda adam tutulub. 
İzmirin 9 Eylül Universitetində keçirilən əməliyyat nəticəsində aralarında tələbə və professorlar olmaqla 55 şübhəli saxlanılıb.
"ByLock" proqramından Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olanlar istifadə edirmiş.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-81-polis-emekdasi-55-muellim-ve-telebe-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR