“Facebook”la bağlı GİZLİNLƏR AÇILDI

“Facebook”la bağlı GİZLİNLƏR AÇILDI
12:08 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Uzun illər “Microsoft”un rəhbəri olan Steve Ballmer “Facebook”la bağlı maraqlı faktı açıqlayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Ballmer 2010-cu ildə “Microsoft”un “Facebook”u almaq istədiyini deyib. Təklif isə 24 milyard dollar olub. Ancaq “Facebook” bu təklifi qəbul etməyib.

Nəzərə çatdıraq ki, “Facebook” 2010-cu ildə indi bazar dəyərinə sahib deyildi. Ballmer bildirir ki, bununla belə sosial media sürətlə böyüyürdü.

Qeyd edək ki, hazırda “Microsoft” “Facebook”un hissələrinin 1.6 faizinə sahibdir. “Facebook”un bazar dəyəri isə təxminən 379 milyard dollardır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/173578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR