Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Səyyar ASAN xidmət" Xırdalan və Kürdəmirdə vətəndaşlara xidmət göstərəcək

"Səyyar ASAN xidmət" Xırdalan və Kürdəmirdə vətəndaşlara xidmət göstərəcək

Date: 26 October 2016 12:12

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Səyyar ASAN xidmət" oktyabrın 25-dən noyabrın 8-dək Xırdalan və Kürdəmirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Məlumata görə, səyyar xidmət bundan başqa, Səyyar ASAN xidmət avtobusları 4 oktyabr - 2 noyabr Goranboy, Ağdaş və İsmayıllıda, 24 oktyabr - 7 noyabr Yardımlı və Neftçalada, 24 oktyabr - 22 noyabr Qubada, 24 oktyabr - 2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Tags:  Səyyar ASAN xidmət Xırdalan Kürdəmirdə vətəndaşlara xidmət göstərəcək


RƏYLƏR


Top news