Röyanın keçmiş əri polisə çağırıldı

Röyanın keçmiş əri polisə çağırıldı
12:12 26 Oktyabr 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

Bakıdakı "Çudo Peçka" mağazalarından birinin işçiləri polisə şikayət ediblər.

Milli.Az-ın "Report"a istinadən xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən "Çudo Peçka" mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

"Çudo Peçka" əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə "'Bakery Operating Compani'" MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR