Qusarda sürüşmə aktivləşib, sakinlər köçürülür

Qusarda sürüşmə aktivləşib, sakinlər köçürülür
12:17 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qusar. 26 oktyabr. REPORT.AZ/ Qusar rayonunda sürüşmə aktivləşib. "Report"un Qusara ezam olunan müxbirinin verdiyi məlumata görə, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb. 
Qeyd edək ki, sürüşmə zamanı kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb. Köçürülən ailələr üçün yeni evlər tikilir. 

"Report" sürüşmə baş verən ərazidən hazırlanan videoreportajı təqdim edir.

Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/qusarda-surusme-aktivlesib-sakinler-kocurulur-vi-deoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR