Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarabağda yeni müharibə : İrəvan Bakını qalib elan etdi

Qarabağda yeni müharibə : İrəvan Bakını qalib elan etdi

Date: 26 October 2016 12:23

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı təmas xəttində “atəşkəsə nəzarət mexanizmləri”nin qurulmadığı məsələsi gündəmə gəlib.

Publika.az xəbər verir ki, amerikalı həmsədr Ceyms Uorlik Vyana görüşündə bu mexanizmlərin qurulması ilə bağlı razılıq əldə olunduğunu, lakin hələ də qurulmadığını bildirib.

Qeyd edək ki, bu mexanizmlərin qurulması Ermənistanın işğalçı siyasətinin davam etdirməsinə şərait yaradır. Ona görə də Azərbaycan buna qarşıdır. Həmçinin, Rusiya da belə mexanizmin yaradılmasını qəbul etmir. Vyana görüşündə bununla bağlı qərar verilib. Razılaşmaya görə, görüşdən sonra bir ay müddətində mexanizmlər qurulmalı idi. Lakin sonradan Bakının və Moskvanın istəyi ilə bu proses dayandı. ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi də bəyan etdi ki, “atəşkəsə nəzarət mexanizmlərinin yaradılması üçün vəsait yoxdur”.

Bu, faktiki olaraq, Ermənistan tərəfinin məğlubiyyəti deməkdir.

Erməni jurnalist Musa Mikaelyan yazır ki, Sarkisyan İlham Əliyevin qarşısında məğlub oldu: “Azərbaycan bu məsələdə qalib gəldi. Bakı və Moskva aprel müharibəsinə qədər və ondan sonra da belə mexanizmin yaradılmasına qarşı idi. Vyana görüşündə İrəvan rəhbərliyi qalib gəldiyini elan etməyə tələsdi. Sonrakı dövrdə mexanizmin yaradılmaması da göstərdi ki, Azərbaycan Ermənistanı məğlubiyyətə uğratdı”.

Erməni jurnalist mexanizmlərin qurulmamasının müharibə təhlükəsini artırdığını yazıb.

“Biz yeni müharibənin kandarındayıq”.

Bu barədə isə erməni politoloq Kays Minasyan deyib.

Onun sözlərinə görə, yeni müharibədə Ermənistan aprel döyüşlərində olduğu kimi yenə tək qalacaq: “Rusiya və ABŞ hər şeyə göz yumacaq, Azərbaycan isə Ermənistanı məğlubiyyətə uğradacaq. Bu daha şiddətli olacaq. Hətta gözləntilərə görə, Qərbin Qarabağın müstəqilliyini tanımaq istəkləri var. Lakin Qərb bu məsələdə də geri çəkiləcək və Bakını dəstəkləyəcək, ən azından, öz susqunluğu ilə bu dəstəyi nümayiş etdirəcək”.

Asif


Tags:  Qarabağda yeni müharibə İrəvan Bakını qalib elan etdi

RƏYLƏR


Top news