Hüquqşünas: ""Neftçi"nin Tira ilə müqaviləni pozmağa tam əsası yoxdur"

Hüquqşünas: ""Neftçi"nin Tira ilə müqaviləni pozmağa tam əsası yoxdur"
12:27 26 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin həmin azarkeşi dünənki məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.

Ölkə çempionatının IX turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı insidentlə yadda qalıb. Belə ki, Ağdam klubunun ikinci qolundan sonra ev sahiblərinin azarkeşi meydana daxil olub və "Neftçi"nin futbolçusu Katalin Tiranın hücumuna məruz qalıb. Rumıniyalı forvard özündən çıxaraq, azarkeşi döyməyə cəhd edib. Yalnız polisin və digər futbolçuların müdaxiləsindən sonra Tiranı sakitləşdirmək mümkün olub.
 
Məsələ ilə bağlı danışan Rəmiş Malıyev qeyd edib ki, azarkeşə fiziki xətər yetirilibsə, o, hüquq-mühafizə orqanlarına şikayət edə bilər: "Düzü, mən videoya baxdım, orada futbolçunun azarkeşə zərbə vurduğu görünmür. Amma vurmağa cəhd edir. Dəqiq bilmirəm, Tira zərbə vurdu, ya vurmadı, amma azarkeş bu hərəkətə görə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Çünki fiziki xətər yetirilibsə, azarkeşin buna hüququ çatır. Futbolçunun aqressivliyi açıq-aşkar hiss olunurdu".
 
Malıyevin sözlərinə görə, polisin həmin məqamda futbolçunu tutub, bölməyə aparmağa ixtiyarı yoxdu: "Bu hal ancaq oyundan sonra ola bilər, təhqiqat aparılmalıdır. Bölməyə aparmaq anlayışı bizdə məişət səviyyəsində var. Bunlar ictimai şəxslərdir, onlara qarşı bu hallara yol verilmir. Təhqiqat materialları göndərilməlidir. Əsas məsələ odur ki, azarkeşə fiziki xətər yetirilibsə, polisə müraciət edə bilər. Polis də bunu araşdırıb, təhqiqat aparır. Döymək inzibati xətadır, buna görə müəyyən həddə kimi cinayət məsuliyyəti də yoxdur. Amma cərimənin kəsilməsi mümkündür. Yəni iş məhkəməyə getsə, ən azı, inzibati qaydada Tiranı cərimə edə bilərlər. Dediyim kimi, ilk növbədə təhqiqat getməlidir".
 
AFFA-nın hüquqşünası baş verən hadisədən sonra "Neftçi"nin Tira ilə müqaviləni birtərəfli ləğv etməyə əsasının olmadığını bildirib: "Bu məsələlərə emosiyadan kənar yanaşmaq lazımdır. Düzdür, Katalin Tiranın hərəkəti qəbuledilməzdir. Ancaq müvafiq qaydalar çərçivəsində qərar verməlidir. Tiranın "Neftçi" ilə müqaviləsi qüvvədədir. Klubun bununla bağlı daxili nizam-intizam qaydaları var. Orada belə bir qaydanın olub-olmadığını bilmirəm. Amma klubun tam əsası yoxdur ki, futbolçu ilə müqaviləyə birtərəfli qaydada xitam versin. Onsuz da, əncəbi futbolçular bunu gözləyirlər. Müqavilələrinə birtərəfli qaydada xitam verilsin, sonra da gedib xaricdə oturub, 1 ildən sonra oynamadıqları müddətə görə pullarını alsınlar. Bu lazım deyil. Emosiyadan kənar davranılmalıdır. Klubun daxili nizam-intizam qaydaları var. Məsələn, futbolçunu cərimə etmək, maaşını kəsmək, əvəzedici komandaya göndərmək və s. Bu tipli tədbirlər görmək olar. Mən bildiyim qədərilə, bu hərəkətə görə klubun müqaviləyə birtərəfli xitam verməyə əsası yoxdur".
 
Rəmiş Malıyev AFFA-nın məsələ ilə bağlı hüquqi qərarının növbəti iclasda açıqlanacağını deyib: "Tira azarkeşə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi gələn həftə o məsələyə baxıb, qərarını verəcək. Tira 3-dən artıq oyun buraxmaq cəzası ala bilər. Eyni zamanda, klub buna görə cərimələnəcək. Pozuntunu futbolçu etdiyi üçün, çox güman ki, həmin cəriməni klub onun maaşından tutacaq". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Acunun “O Səs Türkiyə”yə dəvət etdiyi müğənni Aybəniz Haşımovanın qızından nələr dedi? - FOTO/MÜSAHİBƏ

19 Avqust 2017 17:18

Çinarə canlı yayımda...

19 Avqust 2017 17:09

Kimin nə qədər nüvə silahı var? – İNFOQRAFİKA

19 Avqust 2017 17:08

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

19 Avqust 2017 17:02

Lerikdə minik avtomobili dərəyə aşıb

19 Avqust 2017 16:56

Jirinovski Moskva bazarında corab satdı - VİDEO

19 Avqust 2017 16:53

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı - "Barselona" şokda

19 Avqust 2017 16:47

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq...

19 Avqust 2017 16:43

Müğənni sevənləri ilə vidalaşdı

19 Avqust 2017 16:41

200 milyonluq transfer reallaşır - Anlaşdılar

19 Avqust 2017 16:37

Yeni ordu rəhbərindən Türkiyəyə TƏHDİD: “Söz veririk ki...”

19 Avqust 2017 16:33

Ərik mürəbbəsinin hazırlanması

19 Avqust 2017 16:31

Yeni iddia: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib

19 Avqust 2017 16:27

İspaniyada terror təhlükəsinin dördüncü səviyyəsi saxlanılıb

19 Avqust 2017 16:27

AĞLASIĞMAZ Stalin repressiyaları - 1937-ci il

19 Avqust 2017 16:18

DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir

19 Avqust 2017 16:17

Bıçaqlı şəxs 8 nəfərə xəsarət yetirdi

19 Avqust 2017 16:15

Səbuhi Xanlarovun vəziyyəti pisləşdi, küçədə huşunu itirdi

19 Avqust 2017 16:13

Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb

19 Avqust 2017 16:12

Rusiya Uzaq Şərq və Sibiri itirir: Putinə layihə TƏQDİM OLUNDU

19 Avqust 2017 16:08

Lerikdə qəza: ölən var

19 Avqust 2017 16:04

Yaddaşımızdakı pis xatirələri silmək mümkün olacaq

19 Avqust 2017 16:03

Azərbaycan klubunun bütün heyəti İSTEFA VERDİ

19 Avqust 2017 15:58

Yemiş toxumu suyu min dərdin dərmanıdır

19 Avqust 2017 15:55

İstanbulda istehsal müəssisəsində yanğın olub, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

19 Avqust 2017 15:52

Dünya şöhrətli yazıçı: “Ədəbiyyat dülgərlikdən fərqli bir iş deyil”

19 Avqust 2017 15:48

Prezident İlham Əliyev Göygöldə yenidən qurulan “Çiçəkli” SES-i işə salıb

19 Avqust 2017 15:48

“Azərbaycan Dəmir Yolları” tender keçirir

19 Avqust 2017 15:47

Mark Zukerberq Feysbuku tərk edir

19 Avqust 2017 15:38

Tbilisi "Dinamo"su Qəbələyə gəlib

19 Avqust 2017 15:37

Əmisi tərəfindən zorlanan 10 yaşlı qız

19 Avqust 2017 15:34

"Şüvəlan" qələbə qazandı

19 Avqust 2017 15:27

Alman siyasətçi: “Rusiya heç vaxt bunu etməyəcək”

19 Avqust 2017 15:23

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

19 Avqust 2017 15:22

Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi

19 Avqust 2017 15:19

İnsan başlı, heyvan bədənli məxluq

19 Avqust 2017 15:19

Tiflis “Dinamo”su Qəbələdə

19 Avqust 2017 15:17

Xarici dil öyrənmək istəyənlərə 10 QIZIL TÖVSİYƏ

19 Avqust 2017 15:13

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48