MDB-nin yeddi ölkəsində vahid HHM sisteminin geniş miqyaslı məşqləri keçirilir

MDB-nin yeddi ölkəsində vahid HHM sisteminin geniş miqyaslı məşqləri keçirilir
12:27 26 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ MDB-nin yeddi ölkəsində vahid Hava Hücumundan Müdafiə sisteminin geniş miqyaslı məşqləri başlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yoxlamalara 130-dan çox komanda mərkəzi və təxminən 100 döyüş təyyarəsi cəlb olunub.
Yoxlamada Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın HHM üzrə qüvvələri və vasitələri iştirak edir.
Məşqlərdə "Su-27", "MiQ-29", "MiQ-31" qırıcı, "Su-24", "Su-34" bombardmançı, "Su-25" hücum, "Tu-22", "Tu-160", "Tu-95" uzaq mənzilli təyyarələrdən, eləcə də "Ka-27", "Mi-8" helikopterlərindən istifadə olunur. Həmçinin adları çəkilən ölkələrin vahid HHM sistemi üçün ayırdığı radiotexniki qoşunların və zenit-raket qoşunlarının bölmələri də məqşlərə cəlb edilib.
Hərbçilər yoxlamalarda şərti düşmən tərəfindən hava məkanının və dövlət sərhədlərinin pozulması halında atılacaq addımlar, təyyarənin qaçırılması, eləcə də nasazlıq yaranmış hava gəmilərinin ekipajına yardım göstərilməsi üzrə məşq keçir.
Bundan əlavə, təyyarə qrupları Rusiya, Belarus, Qazaxıstan və Ermənistan hava məkanında müəyyən manevrlər də həyata keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/mdb-nin-yeddi-olkesinde-vahid-hhm-sisteminin-genis-miqyasli-mesqleri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR