Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb
12:32 26 Oktyabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan faktiki hava durumu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında:Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5 mm olub. 
Böyük Qafqazda:Əlibəy HMS-da 25.2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 mm təşkil edib. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.
Qazax-Gəncə zonasında-Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2 mm, Mərkəzi-Aran rayonlarında-Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1mm, Kiçik Qafqazda-Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8 mm, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1 mm, Bakıda və Abşeron yarımadasında1-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Əlibəy HMS-da 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 sm olub.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-musahide-olunan-faktiki-hava-durumu-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR