Gülənlə bağlı yeni sənədlər üzə çıxdı

Gülənlə bağlı yeni sənədlər üzə çıxdı
12:37 26 Oktyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

FETÖ lideri Fətullah Gülənin əmək fəaliyyəti ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ankarada hazırlanan FETÖ/PYD iddianaməsində Gülənin 20 illik fəaliyyət dövründə belə saxtakarlığa yol verdiyi qeyd edilib.

O, ilk dəfə 1 avqust 1959-cu ildə əmək fəaliyyətinə başlayıb. 30 noyabr 1961-ci ilə qədər 2 il 4 ay çalışıb. 2 dekabr 1961-ci ildə yeni işə başlayan Gülən fasilələrlə 31 mart 1981-ci ilə qədər işləyib.
 
Sosial Sığorta Qurumunun arxivində Gülənin 2 iyun 1986-cı ildə qardaşı Saleh Gülənin mətbəəsində "işçi" kimi qeydiyyatdan keçdiyi barədə sənədlər tapılıb. Guya terrorçubaşı 1986-1990-cı illərdə bu mətbəədə sıravi işçi kimi çalışıb.
 
Daha sonra FETÖ lideri 1990-cı ildə təqaüd almaq üçün dövlətə müraciət edib. Müraciətində təqdim etdiyi 3 sənədin hamısı saxta olub.
 
Gülən ABŞ-a getdikdən sonra Türkiyədəki sığorta tarixçəsini dondurmayıb. 1999-cü ildə ABŞ-a köçən Gülən 18 oktyabr 2002-ci ildə NİL MMC-də anbardar vəzifəsində "işə başlayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR