Türkiyədə daha bir təcavüz faktı qeydə alınıb.
Milli.Az "Yaşam"a istinadla bildirir ki, Bursada azyaşlı qızı zorlayan 2 nəfər saxlanılıb. Onlara birlikdə 44 il həbs cəzası verilib.
Karacabey mahalında yaşayan G.T.-ni iki nəfər zorlayıb. Belə ki, 26 yaşlı Ü.K. onu evinə apararaq cinsi əlaqədə olub. Səhəri gün qızı evinə çağıran oğlan dostunu da dəvət edib. Qız istəməsə də, onlar birlikdə qızı zorlayıblar.
Qızın bədənindəki göyərmələri görən nənəsi ondan nə baş verdiyini soruşub. O, başına gələnləri danışıb. Nənəsi qızı da götürərək polisə gedib. Onlar təcavüzkarların adlarını polisə veriblər.
Milli.Az