"Yaxın zamanda ürək transplantasiyası mümkün olacaq" - Deputat

"Yaxın zamanda ürək transplantasiyası mümkün olacaq" - Deputat
12:44 26 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi yaxın zamanda mümkün olacaq.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O deyib ki, bu istiqamətdə işlər aparılır: “Azərbaycanda bu sahədə böyük işlər görülür. 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası mümkündür”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR