Quba rayonunda oğru tapança görünüşlü əşya ilə mağaza satıcılarına hədə-qorxu gələrək quldurluq edib.
Milli.Az report-a istinadən bildirir ki, hadisə Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.
Burada mağazaya daxil olan naməlum şəxs satıcı işləyən Elvin Musayevi və Rövşən Abbasovu tapançaya oxşar əşya ilə hədələyib və kassadan 100 manat pul aparıb.
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Birinci Nügədi kənd sakini ,48 yaşlı Murad Qonaqbəyov tutulub.
Araşdırmalar zamanı M.Qonaqbəyovun hadisəni törədərkən istifadə etdiyi əşyanın tapança görünüşlü alışqan olması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az