Monrealda ölkəmizdən bəhs olundu

Monrealda ölkəmizdən bəhs olundu
12:47 26 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 21-23-də Kanadanın Monreal şəhərində  keçirilmiş Beynəlxalq Turizm və Səyahət sərgisində  Dünya Azərbaycanlıları Assambleyasının Kanada təmsilçiliyi də fəal iştirak edib. Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşlarının, Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının da qatıldığı sərgidə Azərbaycan haqqında  ətraflı məlumat verilib və ölkəmiz haqqında dolğun məlumatlar iştirakçılara çatdırılıb.

Milli.Az bildirir ki, sərgidə Azərbaycanın tanıtım stendi də qurulub. Sərgidə Azərbaycanın coğrafi mövqeyi, iqlimi, təbiəti, tarixi abidələri, turizm mərkəzləri barədə məlumat verilib.

Kanadalılara əsasən son iki ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, Bakı-2015 İlk Avropa oyunlarını və Formula-1 yarışları barədə informasiyalar verilərək Azərbaycanın tam təhlükəsiz bir ölkə olduğu diqqətə çatdırılıb.

Sərgidə qurulan stendin, iştirakçılara təqdim olunan məlumat broşürlərinin, bukletlərin və digər materialların, fotoslayd və videomaterialların hazırlanması Azərbaycan səfirliyinin dəstəyi ilə baş tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR