Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Space”də bayağı şouların yayımlanma SƏBƏBİ ORTAYA ÇIXDI

“Space”də bayağı şouların yayımlanma SƏBƏBİ ORTAYA ÇIXDI

Date: 26 October 2016 12:48

“Space” televiziyasında yayımlanan və MTRŞ tərəfindən kəskin tənqid olunan “Bu, maraqlıdır” verilişi telekanal rəhbərliyi tərəfindən bağlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, verilişin bağlanmasına görə aparıcılarla Vaqif Mustafayev arasında narazılıq yaşanıb. Belə danışılır ki, aparıcıların məhz rəhbərliyin istəyi ilə şou yaratmaları onların verilişinin başında çatlayıb. Əslində, aparıcılar bunu etmək istəməyiblər. Ülviyyə Əliyeva həmin televiziyada “Zəhmətkeş ulduzlar” proqramının bağlanacağından ehtiyatlanaraq susmağa üstünlük verib.

Publika.az-a açıqlama verən proqramın aparıcısı aktrisa Ülviyyə Əliyeva stressini atmaq üçün başını çalışdığı Musiqili Teatrda məşqlərlə qarışdırır.

Bir neçə dəfə başının məşqlərə qarışdığını deyən aktrisa nəhayət danışdı: “Vaqif müəllimlə nə probemimiz ola bilər, o peşəkar rejissordur. Ömründə bu, baş verə bilməz. Mən həmin telekanalda digər bir verilişə də aparıcılıq edirəm”.

Oynamağı başına bəla olan aktrisa yəqin ki, indən belə ömür-billah rəqs etməyəcək?

Ü.Əliyeva əslində özünü yox, veriliş zamanı rəqsə qoşulan və ona yoldaşlıq edən tamaşaçını qınadı: “Siz həmin verilişə baxmısınız, yaxşı baxsanız görərsiniz ki, vəziyyət necədir?”

Verilişin digər aparıcısı Ramiz Alışov isə danışmaq istəmədi. Elə bir jest elədi ki, sanki bunun verilişi bağlayan Vaqif Mustafayev yox, jurnalistlərdir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Asya


Tags:  Spacedə bayağı şouların yayımlanma SƏBƏBİ ORTAYA ÇIXDI

RƏYLƏR


Top news