Azərbaycanda qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ

Azərbaycanda qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ
12:53 26 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaynanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə birlikdə Oğuz rayonunun Bucaq kəndində yerləşən "Region 48" adlı kafedə yeyib-içib. İçki məclisi gecəyarısınadək davam edib.

Bir gün sonra - aprel 12-də, gecə saat 01:00 radələrində Taleh Səfərov qaynı ilə birlikdə sonuncunun evinə gəlib. O, qaynanası Xatun Səlimovanı (ad və soyad şərti verilib) yatmış vəziyyətdə görüb və onu zorlamaq fikrinə düşüb.

Taleh qaynının yuxuya getməsini gözləyib . Qaynı yatandan sonra kürəkən soyunaraq qaynanasının yatağına girib. O, səs salmaması üçün öncə əli ilə Xatun Səlimovanın ağzını tutub. Müqavimət göstərdiyi üçün Taleh qaynanasını döyüb.

Xatun Səlimova kürəkəninin əlindən çıxaraq qaçmaq istəyib. O, özünü döşəməyə atıb. Bu vaxt Taleh Səfərov qaynanasını "zərərsizləşdirmək" üçün döşəmənin üzərində uzanıqlı vəziyyətdə olan Xatun Səlimanın əllərini şarfla bağlayıb və soyunduraraq onunla cinsi əlaqədə olub. Qaynanasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Taleh Səfərov həbs edilib.

"Qaynımın telefonunda pornoqrafik videolara baxdıq"

Taleh Səfərov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik kollegiyasında araşdırılıb.

Məhkəmədə ifadə verən Taleh Səfərov bildirib ki, aprelin 11-də qaynı Radiqlə birlikdə Oğuz şəhər bazarının yanındakı kafedə pivə içib: "Həmin gün saat 20 radələrində Oğuz rayonunun Bucaq kəndinə gedərək yolun kənarında olan kafedə Radiqlə birlikdə yemək yedik. Hərəmiz təxminən 750 qram araq içdik və həmin vaxt qaynımın mobil telefonunda pornoqrafik videolara baxdıq".

"Qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 00 radələrində qaynının yaşadığı evə gedib: "Biz evə çatdıqda artıq qaynanam Radiqlə mənə digər otaqda yataq açmışdı, özü isə eyvanın girəcəyinə yaxın olan otaqda yatmışdı. Radiq dərhal yuxuya getdi. Mən də bir qədər yatağımda uzandıqdan sonra gecə paltarında həyətə düşərək siqaret çəkdim. Kafedə pornoqafik videolara baxdığım üçün ehtiraslı olduğumdan qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim".

"Qaynanamı soyundurdum"

Taleh Səfərov bildirib ki, qaynanası yatan otağa girərək paltarlarını çıxarıb: "Qaynanamın yatdığı çarpayıya əyləşdim. Bu zaman qaynanam yuxudan ayıldı və qışqırmaq istədikdə əlim ilə ağzından tutaraq qışqırmasına imkan vermədim. Qaynanam çabalayaraq əlimdən çıxmağa çalışarkən çarpayıdan yerə yıxıldı. Mən də çətinliklə bir əlim ilə qaynanamın ağzından tutdum, digər əlim ilə orada olan şarfla qaynanamın əllərini öndən bağladım. Sonra qaynanamı soyundurdum (Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsində qaynanası ilə cinsi əlaqədə olmasını çırpaqlığı ilə danışıb. Buna görə də onun ifadəsinin həmin hissəsini dərc etmirik - red.)".

"Başımın üzərində polislərin dayandığını gördüm"

Taleh Səfərov ifadəsində daha sonra əlavə edib ki, qaynanası ilə cinsi əlaqədə olandan sonra eyvana çıxaraq paltarlarını geyinib və yatağında uzanıb: "Yatağımda uzanandan bir qədər sonra qaynım Radiqin telefonuna zəng gəldi. Radiq yatağından duraraq paltarlarını geyindi və getdi. Bundan sonra yuxuladım. Saat təxminən 4 radələrində yuxudan oyananda başımın üzərində polis əməkdaşlarının dayandığını gördüm. Həmin polis əməkdaşları məni polis şöbəsinə gətirdilər".


"Kürəkənimi yatağımda görəndə qorxdum"

Zərərçəkmiş şəxs qismində dindirilən Xatun Səlimova bildirib ki, aprelin 11-də Taleh və Radiqin evə gəlmələrini gözləyib: "Həmin axşam yatdıqdan bir neçə saat sonra Talehi çarpayımda oturmuş gördüm. Qışqırmaq istədikdə Taleh ağzımı əli ilə tutdu, mənim qışqırmağıma imkan vermədi. Talehin əlindən çıxmaq istədikdə, çarpayıdan yerə yıxıldım. Taleh yenə də bir əli ilə ağzımdan bərk tutdu. Protez dişlərim dodaqlarımı əzdiyi üçün ağzım qanadı. Həmçinin Taleh ağzımı tutduğu üçün gücəndiyimdən boğazımın damarları şişərək ağrıdı. Həmin ağrını aradan götürmək üçün boğazıma yodla spirt sürtmüşəm. Taleh üzərimə uzanması və sinəmi sıxması nəticəsində döş qəfəsimdə ağrılar yaranıb".

"Yeznəmin məni döyməsini bildirdim"

Xatun Səlimovanın sözlərinə görə, kürəkəni tərəfindən zorlanandan sonra qorxuya düşüb və əynini geyinərək həyətə düşüb: "Qonşuluqda yaşayan qaynımoğlugilə getdim. Onları səslədim. Qaynım oğlu və həyat yoldaşı çölə çıxdılar. Onlar məndən nə baş verdiyini soruşdular. Hadisəni onlara danışdım. Onlara oğlumun evdə yatdığını, bir bəhanə ilə onu çağırmalarını xahiş etdim. Qaynım oğlu da Radiqə mesaj yazdı və onu evinə çağırdı, bir neçə dəqiqə sonra Radiq ora gəldi. Oğlum məni orada görərkən təəccübləndi və orada olmağımın səbəbini soruşdu. Hadisə barədə oğluma danışdım. Rahib də mobil telefonu ilə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi. Başıma gələn hadisədən utandığım üçün və el içində biabır olacağımdan qorxduğum üçün həkimlərə yeznəmin məni döyməsini bildirdim".

Şahid ifadələrini dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Taleh Səfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Səfərovun vəkili Emil Əliyev apellyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Müdafiə tərəfi onu da qeyd edib ki, zərərçəkmiş şəxs ilkin şikayət ərizəsində DİN-in "102" xidmətinə edilən şikayətdə, xəstəxanadakı həkimlərə verdiyi məlumatda yeznəsinin onu döyməsini qeyd edib, sonradan isə istintaq orqanına zorlandığını bildirib: "Hadisə yerinə təhqiqatçı gedib, dərhal hadisə yerinin şəkillərini çəkmiş və sair istintaq hərəkətləri aparıb. Həmin şəkillərdə isə otaqda hər hansı bir dağınıqlıq, səliqəsizlik, iki şəxsin arasında olan dava-dalaş və müqavimətə xarakterik heç bir görüntü yoxdur. Hesab edirik ki, müstəntiq tərəfindən istintaq eksperimenti keçirilsəydi, zərərçəkmiş şəxsin ifadəsinin şər və böhtan olması öz təsdiqini tapacaqdı".

Vəkilin şikayəti Şəki Apellyasiya Məhkəməsində araşdırılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara görə, Taleh Səfərovun apellyasiya şikayəti təmin edilməyib. (teleqraf.com)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ukraynadan təhlükəli toyuq əti idxalı ilə bağlı cinayət işi açıldı

20 İyul 2017 16:58

İsmayıllıda kənd evləri - 3 otaq 50 AZN - QİYMƏTLƏR

20 İyul 2017 16:57

Səfir: "Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib"

20 İyul 2017 16:57

Azərbaycanda mobil telefon istifadəçilərinə xəbərdarlıq olunub

20 İyul 2017 16:57

Azər Məmmədov: "Məni Premyer Liqada nəyin gözlədiyini bilirəm"

20 İyul 2017 16:57

Aysel yeni verilişindən danışdı

20 İyul 2017 16:55

Nazirlikdən təhlükəli virus XƏBƏRDARLIĞI

20 İyul 2017 16:53

"İnter" 40-ın astanasında

20 İyul 2017 16:52

"Xarici ölkədə işləmək istəyirəm"

20 İyul 2017 16:51

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat etdi

20 İyul 2017 16:48

Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb

20 İyul 2017 16:47

Pensiyaçıların sayı AÇIQLANDI

20 İyul 2017 16:47

Gəncə stadionunun son durumu - FOTO

20 İyul 2017 16:42

Əvəz Ələkbərova fəxri ad verilib

20 İyul 2017 16:39

Əmək pensiyaçılarının sayı açıqlandı

20 İyul 2017 16:38

Prezident Əvəz Ələkbərova "Əməkdar müəllim" fəxri adı verdi

20 İyul 2017 16:37

"Azəriqaz" binanın partlamasını gözləyir? - "Bloka qaz sızdı"

20 İyul 2017 16:37

Məşhur modellər lüt şəkillərini paylaşdı - FOTO

20 İyul 2017 16:33

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

20 İyul 2017 16:32

Sirniyyatın içində narkotik aşkarlandı

20 İyul 2017 16:30

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

20 İyul 2017 16:23

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 16:23

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi davam etdirilib

20 İyul 2017 16:22

Azərbaycanda nə qədər pensiyaçı var? - AÇIQLANDI

20 İyul 2017 16:19

“28 Mall”da ermənipərəst turist qalmaqal yaratdı - FOTO

20 İyul 2017 16:18

Oğuz və ətraf rayonlardan olan sahibkarlara 515 min manat güzəştli kredit verilib

20 İyul 2017 16:17

Fəhlələr krandan yıxıldılar: 2 ölü, 4 yaralı - Türkiyədə

20 İyul 2017 16:17

Çilli xanımlara

20 İyul 2017 16:17

"Seçim niyyətin özü kimi şəffaf olmalı idi"

20 İyul 2017 16:15

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

20 İyul 2017 16:13

"Embalo Azərbaycana getməkdə həvəsli deyil"

20 İyul 2017 16:12

Azərbaycan gömrükçüləri şirniyyatın içində gizlədilmiş narkotik vasitə və psixotrop maddə aşkar edib

20 İyul 2017 16:12

Anar Nağılbaz Dado ilə Natavanın toyunda - FOTlar

20 İyul 2017 16:12

"Milan"ın futbolçusu "Yuventus"da - RƏSMİ

20 İyul 2017 16:07

"Qarabağ"dan bir ilk: Biletlərin üzərində loqo olmayacaq

20 İyul 2017 16:07

Nazim xanımı və qızı ilə - FOTOlar

20 İyul 2017 16:05

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:05

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:03

"Ailəmi bir yerə toplayıb, çılpaq gəzəcəm"

20 İyul 2017 16:03

“Standard Insurance”in nizamnamə kapitalının artırılmasına qərar verilib

20 İyul 2017 16:02

"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

20 İyul 2017 16:02

SORĞU: Ərəb turistlərin çoxluğu sizi narahat edir?

20 İyul 2017 16:02

ECB faizləri dəyişməyib

20 İyul 2017 15:57

İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”

20 İyul 2017 15:57

"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər - FOTO

20 İyul 2017 15:57

Ölkəmiz gerilədi, amma... - ƏMSALLAR CƏDVƏLİ

20 İyul 2017 15:57

BAKI: Avtobusda qalmaqal

20 İyul 2017 15:56

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 15:53

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

20 İyul 2017 15:52

Ayxan Abbasov: "Mərhələ keçmək şansımız var"

20 İyul 2017 15:52