Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter" Blanla danışıqlara başladı

"İnter" Blanla danışıqlara başladı

Date: 26 October 2016 13:05

İtaliyanın "İnter" klubu baş məşqçi postunda dəyişiklik edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Frank de Burun "neradzurra"dan ayrılmaq variantı gündəmə gəlib.

Hollandiyalı çalışdırıcının yerini PSJ-nin sabiq baş məşqçisi Loran Blanın tutacağı gözlənilir. Klub rəhbərliyi fransız mütəxəssislə danışıqlara start verib.
 
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə 9 turdan sonra 11 xal toplayan "İnter" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Milli.Az


Tags:  İnter Blanla danışıqlara başladı


RƏYLƏR


Top news