“Ukrtransnafta”nın xalis mənfəəti 29% azalıb

“Ukrtransnafta”nın xalis mənfəəti 29% azalıb
13:07 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində “Ukrtransnafta” şirkətinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% və ya 531,672 mln. qrivna azalaraq 1,280 mlrd. qrivna olub.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, şirkətin xalis gəliri isə 7,4% yaxud 175,191 mln. qrivna artaraq 2,532 mlrd. qrivnaya çatıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna ərazisi ilə Avropa ölkələrinə neft tranziti ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6% yaxud da 1,705 mln. ton azalaraq 9,97 mln. ton olub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/ukrtransnafta-nin-xalis-menfeeti-29-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR