Buş və Kerrinin üzv olduğu, Kennedini öldürən "Kəllə və sümüklər" FOTO

Buş və Kerrinin üzv olduğu, Kennedini öldürən "Kəllə və sümüklər" FOTO
13:08 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Kəllə və Sümüklər"

"Kəllə və sümüklər" 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılan gizli tələbə cəmiyyətidir. 150 il ərzində mindən çox üzvü olan təşkilat XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olur və gizli fəaliyyət göstərməsi ətrafında söz-söhbətlərin yaranmasına səbəb olur.

ABŞ-ın 41 və 43-cü prezidentləri ata və oğul Buş, ABŞ-ın dövlət katibi Con Kerri, dünyanın məşhur milyarderlərindən Persi Rokfeller, ABŞ-ın ən böyük media rəhbəri Henri Lyus bu təşkilatın üzvü olublar.

Corc Buş və Con Kerri 2004-cü ildə prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda olduqlarını heç kim bilmirdi.

"Kəllə və Sümüklər"ə yalnız, ağ dərili və protestant kişilər üzv ola bilərlər. Son illərdə qadınların təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar səslənsə də, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları, təşkilat daxilindəki vəzifə və dərəcələri universitet rəhbərliyi başda olmaqla ictimaiyyətdən gizli saxlanılır. "Kəllə və Sümüklər"ə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. "Pledge" adı verilən namizədlər üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və proses uğurla başa çatıqda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Bu təşkilata hər il 15-ə yaxın üzv qəbul edilir. Hazırda təşkilatın 2500-dən çox üzvü var.

"Kəllə və Sümüklər" təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri burdan idarə edirlər. "Kəllə və Sümüklər"in İllüminatlar və Masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndiyi ehtimal edilir. Hətta bəzi iddialara görə, "Kəllə və Sümüklər", əsasən, Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin ABŞ qanadını təşkil edir. Ancaq bu iddianın əsası yoxdur, belə ki, İllüminatlardan fərqli olaraq "Kəllə və Sümüklər" tələbə təşkilatıdır. Təşkilat hazırda fəaliyyətini davam etdirir və Yel Universitetində böyük nüfuza malikdir.

Bu təşkilat üzvlərinin özlərinə xas mərasimləri var. Onlar lüt soyunub tabuta girirlər və bu an ən məhrəm sirlərini izah etməyə məcburdurlar. Mərasimin adı ''İnisiasiya mərasimi''dir. Mərasim bitdikdən sonra tabutdan çıxan üzvlər yenidən doğulmuş hesab edilir. Rəvayətə görə, mərasimlərdə Apaçi lideri Ceronimonun başı qanla doldurulur və üzv qəbul edilən şəxs bundan içir. Bazar və cümə axşamı günləri saatlarını bilərəkdən 5 dəqiqə geriyə çəkirlər. Məqsəd isə gerçək dünyadan fərqli bir dünyada olduqlarını nümayiş etdirməkdir.

"Kəllə və sümüklər"in FBİ (Federal Təhqiqat Bürosu) ilə əlaqəsi olduğu deyilir. 1961-ci ildə Kennedi bu təsiri aradan qaldırmaq istəyir və iki il sonra sui-qəsd nəticəsində öldürülür.

8 dekabr 2000-ci ildə təriqətlə bağlı büdcəsi 15 milyon dollar olan "Kəllə sümükləri" ("The skulls") filmi çəkilib.

Dilrubə Vaqifzadə















Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR