Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Azərbaycanda qaraciyərini və böyrəyini dəyişdirən insanların sayı açıqlandı (26 Mart 2017 21:27)
Azərbaycandakı şirkətlərin IPO-ya cəlb edilməsi yaxın gələcəkdə mümkün olacaq (09 Mart 2017 13:02)

Tarix: 26 Oktyabr 2016 13:12

"Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür: "15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq Azərbaycanda qaraciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Milli.Az


Teqlər:  Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq



RƏYLƏR


Top xəbərlər