İcra başçıları bu qədər pulu hara xərcləyiblər?

İcra başçıları bu qədər pulu hara xərcləyiblər?
13:12 26 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Havaların yağıntılı keçməsi icra hakimiyyətlərinin gizlinlərini üzə çıxartdı. Məlum olur ki, büdcədən ayrılan vəsaitlər heç də tam şəkildə təyinatına xərclənmir. Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmaz. Binəqədi rayonu keçən həftədən yağan yağışlardan sonra özünə gəlməyib, hələ də gölün içindədir. Bu durum rayonlara ayrılan vəsaitlərin istiqaməti məsələsini gündəmə gətirir.

Milli.Az bizimyol-a istinadən bildirir ki, dövlət büdcəsində yerli xərclərə ayrılan vəsaitlər kifayət qədər böyükdür. Buradan kommunal sahələrə də iri pullar yönəldilir.

Maliyyə Nazirliyinin arxiv məlumatlarında 2012-ci ilin dövlət büdcəsinin yerli xərcləri 1 mlrd. 292 mln. manat proqnozlaşdırılmışdı. Bu da 2011-ci ilə nisbətən 16 mln. manat az, 2010-cu ilin büdcəsinin faktiki icrası ilə müqayisədə 155,1 mln. manat çox olub.

2013-cü ildə yerli xərclərə proqnozlaşdırılan 1 mlrd. 054,7 mln. manatın yenə 14,4 faizi, yəni 217,5 milyon manatının mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilməsi proqnozlaşdırlıb. Növbəti ildə yerli xərclərə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində, yaxud 1 mlrd. 629 mln. manat nəzərdə tutulub ki, bu da 2013-cü ilə nisbətən 115 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisi fonunda 383 milyon manat çoxdur.

Bu ilin dövlət büdcəsində yerli xərclər 1 mlrd. 541,3 mln. manat məbləğində proqnozlaşdırılırdı ki, 181,4 mln. manatı (11,8%) mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulub. Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsini artıq açıqlayıb.

2017-ci ildə yerli xərclər 718,3 mln. manat proqnozlaşdırılır. Əvvəlki illərə nisbətən vəsait bir qədər azalsa da mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulan vəsaitlər faiz nisbətində artıb - 27,7 faiz və ya 199,1 mln. manat.

Büdcədə ayrıca bir də mənzil və kommunal təsərrüfatı bölümü var. Burada vəsaitlər yerli xərclər bölümündə göstəriləndən daha artıqdır. Belə ki, mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2012-ci ildə 344.5 mln. manat və ya 2011-ci illə müqayisədə 27,2 mln. manat çox vəsait ayrılıb.

Bu qədər pul hara gedir?

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2013-cü il dövlət büdcəsindən 399,1 mln. manat vəsait ayrılıb.

2014-cü ildə bu sahəyə ayrılan vəsait daha 51,1 mln. və ya 14,6 faiz artırılaraq 457,1 mln. manata çatdırılıb.

Keçən il büdcədə 443,7 mln. manat mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb, bu da yenə 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 45,4 mln. manat çoxdur.

Keçən ilin dövlət büdcəsində təkcə Bakı şəhərinin yerli xərcləri 243 mln. 597 min manat nəzərdə tutulurdu. Bu vəsaiti paytaxtın 11 rayonuna bərabər şəkildə bölsək, hər rayon üçün 22,1 mln. manat pul deməkdir.

Büdcənin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondundan da hər il yerli icra hakimiyyətlərinə milyonlar yönəldilir. Bu pullar demək olar ki, icra başçılarının növbədənkənar xərclərini maliyyələşdirir.

Dövlət Statistika Komitəsi Binəqədi rayonu ərazisində rəsmi 260 600 adamın qeydiyyatda olduğunu bildirir. Lakin Binəqədi Rayon İcra Hakimiyyətinin web-saytında rayon ərazisində faktiki əhalinin sayının 400 min nəfərə yaxın təşkil etdiyi göstərilib. Yəni rəsmi deyiləndən 140 min nəfər artıq əhali var ki, bu da söylənəndən 65,1% çoxdur.

Əhali sayının rəsmi göstəriləndən faktiki çox olması təkcə qeydiyyat problemi yaratmır. İnfrastruktur 260 min adama hesablanır, amma 400 min nəfərə xidmət göstərir. Əslində, xidmət göstərə bilmədiyi də göz qabağındadır. Əhali sayının dəqiq olmaması paytaxtın kommunal xidmət keyfiyyətinə mənfi təsir edir.

Bu adamların çoxu yeni yerlərdə məskunlaşır, hansı ki, həmin ərazilərin infrastrukturu yoxdur, drenaj sistemi qurulmur, sonradan çəkilən kommunal-kommunikasiya xətləri də əlavə yükdür. Binəqədi rayonunda infrastruktur yox dərəcəsindədir. Sürücüdən tutmuş, ev xanımına qədər hər kəs maklerlik edir, çünki qanunsuz tikililər az qala sakinlərin sayından çoxdur.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

23 İyul 2017 16:47

Texasda yük maşının qoşqusunda 8 miqrantın cəsədi tapıldı - FOTO

23 İyul 2017 16:42

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi" - Rasim Musabəyov

23 İyul 2017 16:42

Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - FOTO

23 İyul 2017 16:37

Yığmamızın boksçuları Dağıstanda 3 medal qazanıblar

23 İyul 2017 16:36

1939-cu ilin kabrioleti - FOTO

23 İyul 2017 16:32

2017: Azərbaycan şou-biznesinin iki məşhuru ÖLƏCƏK!

23 İyul 2017 16:27

Xəzərdə batan 2 nəfər xilas edildi

23 İyul 2017 16:24

Sevgilinin parolunu bilmək istəyirsən?

23 İyul 2017 16:23

Tahir Gözəl: “Qarabağ” üçün hərbi rənglərdə forma hazırlanması ideyasını dəyərləndirmək olar"

23 İyul 2017 16:22

Jaguar-dan yeni krossover - FOTO

23 İyul 2017 16:17

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:14

Erkən ölümün ən mühüm səbəbi tapıldı

23 İyul 2017 16:13

SSRİ-nin ilk milyoneri öldü - FOTO

23 İyul 2017 16:09

Aygün Kazımova yaraşıqlı oğlan axtarır -

23 İyul 2017 16:09

"Barselona"nın yekun Arda Turan qərarı: gedir, qalır?

23 İyul 2017 16:07

Hamilə qadın tabutda doğdu - FOTO

23 İyul 2017 16:05

Çılpaq fotosunu yayan model: " Bakirəlik önəmlidir"

23 İyul 2017 16:05

"Mikrofonu qoyub ağlaya-ağlaya qaçdım" - Səidə Sultan

23 İyul 2017 16:05

Səməd Səmədov reklam üçün süni qalmaqal yaradıb

23 İyul 2017 16:05

Yalnız qara və ağ - FOTO

23 İyul 2017 16:05

Bakıda gecə klubunda DAVA

23 İyul 2017 16:05

Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi - FOTO

23 İyul 2017 16:03

Dünyanın ən isti bölgəsi - orada kimsə yaşamır

23 İyul 2017 15:52

Ərdoğanın "canavar"a bənzəyən lüks maşını - FOTOLAR

23 İyul 2017 15:48

Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb

23 İyul 2017 15:47

17 yaşlı qızın bədəninə cin necə girdi? - PSİXİATR YAZIR

23 İyul 2017 15:47

Bu kafedə qız ofisiantlar müştəriləri öz əlləri ilə yedirirlər FOTO

23 İyul 2017 15:38

Ən qorxulu ruhi xəstəxanada çəkilmiş tükürpədici -

23 İyul 2017 15:38

"Qarabağ"ın fan-şopu açıldı

23 İyul 2017 15:37

Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

23 İyul 2017 15:37

"Qarabağ"ın vitse-prezidentindən transfer açıqlaması

23 İyul 2017 15:37

Bina simasını dəyişdi - FOTO

23 İyul 2017 15:32

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı

23 İyul 2017 15:27

Tanınmış teleaparıcı dünyasını dəyişdi

23 İyul 2017 15:18

“Qarabağ”: Həm ziyarət, həm ticarət

23 İyul 2017 15:17

İt sahibi ilə səmadan endi - FOTO

23 İyul 2017 15:17

Dünyanın ən isti bölgəsi -

23 İyul 2017 15:16

"Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq" - Rusiyali deputat

23 İyul 2017 15:12

Şir 10 yaşlı qızı parçaladı

23 İyul 2017 15:12

Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar

23 İyul 2017 15:08

"Rusiya və Azərbaycan prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına fayda verəcək" - Deputat

23 İyul 2017 15:05

Bu il 8 azərbaycanlı Ukrayna vətəndaşlığı alıb

23 İyul 2017 15:05

Eliza reklam siması oldu - FOTO

23 İyul 2017 15:05

İngilis klubu "Real Madrid"in futbolçusunu aldı

23 İyul 2017 14:59

Boksçularımız Dağıstandan 3 medalla qayıdırlar

23 İyul 2017 14:58

ABŞ Kongresi Rusiyaya qarşı yeni sanksiyalara razılaşıb

23 İyul 2017 14:57

"Adamın gülməyi gəlir" - Faiq Ağayev tənqid etdi

23 İyul 2017 14:57

"Alınmırsa, boşanmaq lazımdır" - Emil

23 İyul 2017 14:57

"Real"ın ulduzu rəsmən "Mançester Siti"də - 192 milyon oldu

23 İyul 2017 14:57