Reklam olunan dərmanlarla bağlı XƏBƏRDARLIQ

Reklam olunan dərmanlarla bağlı XƏBƏRDARLIQ
13:12 26 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda həkim resepti olmadan dərmanların geniş reklam olunmasının tərəfdarı deyiləm".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, həkim resepti olamdan verilən dərmanların düzgün təyin edilmədən, doğru dozada müəyyən edilmədən qəbulu sonra ciddi fəsadlara gətirib çıxarır:

"Bəzən kimsə reklamda dərmana baxır, deyir ki, bu patoloji əlamətdən məndə də var. Bu dərmanı alıb qəbul edir. Amma sonra məlum olur ki, həmin dərman ona uyğun deyil və sonra xəstənin müalicəsi daha da çətinləşir".

Komitə sədri əlavə edib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır: "Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR