Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
13:17 26 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, bu qanun psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir.
Qanun layihəsinə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji profilaktikadır.
Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir.
Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim göstərilə bilər.
Mülkiyyət növündən asılı olmayaraq, istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər.
Qanun layihəsi Milli Məclisin plenar iclasna tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/milli-meclisde-psixoloji-yardim-haqqinda-qanun-layihesi-muzakireye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR