Eyni oteldə ikinci ölüm hadisəsi

Eyni oteldə ikinci ölüm hadisəsi
13:28 26 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türk Hava Yollarının dünən İstanbul-Nyu-York istiqamətində hərəkət edən təyyarəsinin kabina işçisi Eda Özdemir qaldığı oteldə ölü halda tapılıb.

Türk Hava Yollarının açıqlamasında qeyd olunub:

"Türk Hava Yollarının kabina məmuru E.Ö. dincəlmək üçün yerləşdiyi Nyu-Yorkdakı oteldə ölü halda tapılıb. Hələ ki, məsələ ilə bağlı ətraflı məlumat yoxdur. Araşdırma aparılır. E.Ö.-nün 31 yaşı vardı və 8 ildi ki, bizimlə əməkdaşlıq edirdi".

Qeyd edək ki, Nyu-Yorkdakı "Marriot Long Island" otelindən cəsəd tapılmasına bənzər hadisə aprel ayında da baş vermişdi. Belə ki, aprel ayında eyni otelin hamamından Cumhur Özmen adlı "şef"in cəsədi tapılmışdı. (milli.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR