Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Robert Prosineçki: "Bu suala cavab vermək istəmirəm"

Robert Prosineçki: "Bu suala cavab vermək istəmirəm"

Date: 26 October 2016 13:37

Milli.Az qafqazinfo-ya istinadən milli komandamızın baş məşqçisi Robert Prosineçkinin müsahibəsini təqdim edir:

- Canlı izlədiyiniz oyunda "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdi. Görüşlə bağlı nə deyə bilərsiniz?

- "Qarabağ" güclü komandadır. Uzun müddətdir bunu göstərir. Digər komandalarla müqayisədə "Qarabağ" daha yaxşı təsir bağışlayır.

- "Qarabağ"la oyunda "Neftçi"ni meydana Cavid İmamverdiyev kapitan kimi çıxarıb. Buna münasibətiniz necədir?

- Mən bu suala cavab vermək istəmirəm

- Hər halda millinin baş məşqçisi kimi fikirləriniz maraqlıdır...

- Araz bu gün meydanda olmayıb. Siz əminsiniz ki, bu gün Araz oynasaydı, Cavid kapitan olacaqdı?

- Bildiyimizə görə, "Neftçi"nin yeni kapitanı Cavid İmamverdiyevdir...

- Bu haqda nəsə deyə bilmərəm. Mən millinin kapitanı barədə danışa bilərəm, "Neftçi"nin yox.

- Şimali İrlandiya ilə oyuna elə də çox vaxt qalmayıb. Planlarınız artıq məlumdur?

- Hələ vaxtımız var. İndidən dəqiq nəsə deyə bilmərəm. Çempionatda, eləcə də Avroliqada bir neçə oyunlar var. Hələ ki həmin oyun barədə danışmaq tezdir. Kimsə yaxşı formada ola bilər, kimsə də zədələnə bilər.

- Deniz Yılmazın çıxışını izləyirsiniz?

- Onu tanıyıram.

- Bakıda səfərdə olan Xorvatiya prezidenti ilə görüşməyiniz maraqla qarşılandı. Bu barədə də təəssüratlarınızı bilmək istərdik...

- Xoş bir hal idi. Maraqlı görüş alındı. Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə yaxşı başlayıb. İlk dəfədir ki, komanda 3 turdan sonra 7 xal toplayıb. 2 ölkə prezidentlərinin görüşü yaxşı keçdi. Çox şadam ki, prezidentimiz Azərbaycana səfər edib. Onunla söhbət etmək imkanımız oldu. Bu, müsbət haldır.

Milli.Az


Tags:  Robert Prosineçki Bu suala cavab vermək istəmirəm

RƏYLƏR


Top news