Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Emoməli Rəhmon müstəqil Tacikistanın banisi statusunu aldı

Emoməli Rəhmon müstəqil Tacikistanın banisi statusunu aldı

Date: 26 October 2016 13:43

Tacikistan prezident Emoməli Rəhmon müstəqil Tacikistanın banisi statusunu alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan parlamentinin aşağı palatasında qərar qəbul edilib.

Deputatlar daha əvvəl isə “Millətin Lideri” statusunun Konstitusiya daxil edilməsinə səs veriblər. Konstitusiyaya edilən düzəlişlərə əsasən, ölkədə “Millətin Lideri”nin xüsusi fondu yaradılır, onun adına müxtəlif orden və mükafatlar təsis edilir.

Ölkə prezidenti postundan gedəndən sonra xalqa müraciət etmək, əhəmiyyətli dövlət tədbirlərində iştirak etmək və çıxış etmək hüququnu özündə saxlayır. Həmçinin onu saxlamaq, həbs etmək və axtarmaq qadağandır. Toxunulmazlıqlar “Millətin Lideri” və onun yaxınlarının əmlakına da aiddir.

Ömər Dağlı


Tags:  Emoməli Rəhmon müstəqil Tacikistanın banisi statusunu aldı

RƏYLƏR


Top news