Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında razılıq ələ olunub

Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında razılıq ələ olunub
13:47 26 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır. 
 
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.   
 
İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR