Gəlin namizəd efirdə huşunu itirib yıxıldı - video

Gəlin namizəd efirdə huşunu itirib yıxıldı - video
13:56 26 Oktyabr 2016
436 Şou
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın aparıcılıq etdiyi evlilik proqramı yenə də qalmaqalı halda gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Dəniz adlı gəlin namizədi digər iştirakçı Şenol bəyə gül dəstəsi göndərib.

Lakin efirdə qarşı tərəfdən rədd cavabı olan qadın ağlayıb və canlı efirdə huşunu itirərək yıxılıb.

Qeyd edək ki, Türkiyənin ali televiziya qurumu RTÜK evlilik proqramlarında baş verənləri tez-tez tənqid edir. Bir neçə gün əvvəl jurnalistlər bu verilişlər haqda "insanı evlilikdən soyudurlar" demişdilər. Sosial mediada isə canlı efirdə baş verənləri biabırçılıq və süni şou olmaqda ittiham edirlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR