Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miranda Kerr toyun vaxtını açıqladı - FOTO

Miranda Kerr toyun vaxtını açıqladı - FOTO

Date: 26 October 2016 14:05

Dünyanın ən məşhur supermodellərindən biri Miranda Kerr yenidən ailə qurmaq niyyətindədir. O, Snapchat servisinin banisi və sahibi Evan Şpigellə 2017-ci ilin əvvəlinədək toy edəcəyini deyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki 33 yaşlı supermodel bu barədə İnstagram-dakı profilində yazıb.

Miranda Kerr və 27 yaşlı milyarder arasında münasibətlər ötən ilin yayında başlanıb. Bu ilin fevralında onlar nişanlanıblar.

Apreldə isə onlar evlənməyə qərar veriblər. Amma bir şərtlə: Şpigel bəyan edib ki, Miranda Kerr mütləq şəkildə nikah müqaviləsi imzalamalıdır. Müqavilənin şərtlərinə görə, boşanma olarsa, Miranda Kerr ərinin varidatı və ya əmlakından heç nə almayacaq.

Bu arada oktyabrın 14-də Miranda Kerrin ABŞ-ın Malibu kurortundakı malikanəsinə hücum etmiş bomjun kimliyi bəlli olub.

Malikanəyə soxulan və burada Kerrin mühafizəçisinin gözünü bıçaqla yaralanan, sonra mühafizəçinin 4 dəfə atəş açması nəticəsində ağır yaralanan şəxs Avstraliya vətəndaşı, 29 yaşlı Şon Entoni Heyvuddur.

O, qətlə cəhddə suçlanır və ömürlük həbs ala bilər.

Şon Heyvudun məhkəmə prosesi Kaliforniya ştatındakı Van Nays şəhərində olacaq.

5 yaşlı oğlu Flinnlə birlikdə əsasən Los-Ancelesdə, Evan Şpigelin hədiyyə etdiyi 12 milyon dollarlıq villada yaşayan Miranda Kerr Malibudakı malikanəyə hücum zamanı orada deyildi.

Milli.Az
















Tags:  Miranda Kerr toyun vaxtını açıqladı FOTO

RƏYLƏR


Top news