Türkiyədə bu dəfə polislərlə yanaşı, 55 müəllim və tələbə də tutuldu

Türkiyədə bu dəfə polislərlə yanaşı, 55 müəllim və tələbə də tutuldu
14:05 26 Oktyabr 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.

Milli.Az report-a istinadən bildirir ki, artıq hüquq-mühafizə orqanları həmin polislərin 81-ni saxlayıb.  Məlumata görə, əməliyyat oktyabrın 26-da səhər saatlarında keçirilib.
Türkiyənin NTV telekanalının xəbərinə görə, İzmirdə və ölkənin daha 11 əyalətində FETÖ-yə qarşı xüsusi əməliyyat keçirilib və xeyli sayda adam tutulub. 
İzmirin 9 Eylül Universitetində keçirilən əməliyyat nəticəsində aralarında tələbə və professorlar olmaqla 55 şübhəli saxlanılıb.
"ByLock" proqramından Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olanlar istifadə edirmişlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR