Yaponiya sahillərində Tayvanın balıqçı gəmisində yanğın baş verib

Yaponiya sahillərində Tayvanın balıqçı gəmisində yanğın baş verib
14:07 26 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiya sahillərindən 510 km aralı Tayvanın "Chin Chun" balıqçı gəmisində yanğın baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Yaponiyanın şərq sahilindən 510 km aralıda, Sakit okeanda baş verib.
Məlumata görə, yanğın zamanı gəminin göyərtəsində 53 nəfər olub.
Yaponiyanın İvate prefekturasının Miyako şəhərinin şərqində baş verən hadisə yerinə ölkənin sahil-mühafizə xidmətinin əməkdaşları gediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/yaponiya-sahillerinde-tayvanin-baliqci-gemisinde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR