Azərbaycanda görünməmiş YENİLİK: Rayonlar birləşir...

Azərbaycanda görünməmiş YENİLİK: Rayonlar birləşir...
14:12 26 Oktyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə sahəsində ciddi islahatların aparılacağı ilə bağlı xəbərlər yayılıb. Rayonları özündə birləşdirən vilayətlərin yaradılacağı deyilir. İslahatlara səbəb kimi də ölkə prezidentinin icra başçılarına investorları cəlb etməklə bağlı tapşırığının icrasında hələ ki irəliləyiş olmamasıdır.

Milli.Az musavat-a istinadən bildirir ki, icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.
Bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla, 15 regional ərazi vahidi olacaq.
"Vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq", - deyə mənbə bildirib.
Ekspertlər gözlənilən dəyişikliklərin həm müsbət, həm də mənfi nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik probleminin daha da artacağı qeyd olunur.
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çoxdan belə müzakirələrin getdiyini söylədi: "Hakimiyyət dairələrində də bu cür söhbətlər gedir. Azərbaycanda bu idarəetmə sahəsində çox ciddi qüsurlar var. Kiçik əhalisi olan yerlər var ki, rayon statusu qazanıblar. Məsələn, 10-15 min əhali yaşayır, amma rayon statusu alıb. Bu yerlərə də büdcə vəsaitləri xərclənir. Büdcə vəsaitlərinə qənaət etmək, idarəetməni təkmilləşdirmək üçün bu islahatlara ehtiyac ola bilər. Məsələn, Azərbaycanın 9 iqtisadi zonasını elan etdilər və buna da uyğun olaraq, "Regionların iqtisadi-inkişaf proqramı" qəbul edildi. Bütün bunlar idarəetmə strukturunun dəyişdirilməsi prosesidir.
Bunlar mütəmadi olaraq Azərbaycanda həyata keçirilir. Bu baxımdan, belə təkliflərin olması istisna deyil. Bunun nə qədər real olub-olmaması dövlət başçısının səlahiyyətində olan məsələdir. Son sözü o deyəcək. Ola bilər ki, idarəetmə strukturunu təkmilləşdirmək üçün belə addım atılsın, struktur dəyişikliyi aparılsın. Dövlət büdcəsinə qənaət üçün də müəyyən ixtisarlar baş verə bilər. İdarəetməni daha çevik şəkildə aparmaq üçün bu cür də addımlar atıla bilər. Elə yerlər var ki, rayon kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. İqtisadi vəziyyəti tələb edir ki, digər rayonla birləşsin. Bütün bunların faydalılıq əmsalı yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır ki, orada problem yaranmasın. Dəyişikliyin inanmıram ki, mənfi tərəfi olsun. Amma struktur dəyişikliyi olanda, əlbəttə, müəyyən ixtisarlar olur. Ciddi problemlərin olacağına inanmıram". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17